İDEA nümayəndələri “Yaşıl Enerji Düşərgəsi” iştirakçıları ilə görüşüblər

Gənc ekoloqlar üçün “Yaşıl Enerji Düşərgəsi” davam edir.

Düşərgə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində Layihənin əsas məqsədi gənc ekoloqların alternativ enerji resursları haqqında məlumatlılıq səviyyəsinin artırılması,  gənclərin alterntiv enerji mexanizmləri və onların iş prinsipləri ilə daha yaxından tanış edilməsidir.
24 Mart tarixində “Yaşıl Enerji Düşərgəsi”nin iştirakçıları üçün IDEA-nın “Azərbaycan gənclərinin Rio+20 sammitinə səfərbər edilməsi” layihəsinin təqdimatı keçirilmişdir. Qeyd olunan layihə Heydər Əliyev Fondu və BMTİP Azərbaycan arasında imzalanmış anlaşma memorandumuna əsasən həyata keçirilir.
Layihənin məqsədi BMT-nin Rio+20 sammiti öncəsi Azərbaycan gənclərinin sammit və dayanıqlı inkişaf konsepsiyaları barədə məlumatlandırmaq, onların bu prosesdə daha fəal iştirakını təmin etməkdən ibarətdir.
2 saat davam edən görüş zamanı IDEA Kampaniyasının nümayəndələri layihə iştirakçılarına dayanaqlı inkişaf, yaşıl iqtisadiyyat, iqlim dəyişikliyi və onunla mübarizə, habelə Azərbycan gənclərinin bu proseslərdə rolu haqda mühazirə demişlər. İştirakçılara gündəlik həyat tərzlərində edə biləcəkləri dəyişikliklər vasitəsilə beynəlxalq təcrübəyə əsaslanan enerjiyə qənaet yolları da izah olunmuşdur. Daha sonra görüş sual-cavab formasında davam etdirilmişdir.