Dövlət Agentliyi və IDEA arasında əməkdaşlığa dair memorandum imzalanıb

Əməkdaşlıq Memorandumunun əsas məqsədi bütün ASAN Xidmət Mərkəzlərində ekoloji layihələrin inkişafına dəstək, vətəndaşların ekoloji məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır.

Memorandumun məqsədi beynəlxalq səviyyədə ətraf mühitin qorunması ilə bağlı təşəbbüslərə qoşulmaq və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı təmin etməkdir.

Qeyd edək ki, Dövlət Agentliyi ilə IDEA İB artıq ilk müştərək layihəyə start veriblər. Layihə haqqında məlumat ictimaiyyətə yaxın zamanda veriləcək.